Bayramın ilk günündə yol terroru 2 can aldı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 40 km-də Sabirabad rayonu ərazisində Hacıqabul isdiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil və eyni isdiqamətdə hərəkətdə olan Sabirabadın Yasdıqobu kənd sakini Kazımov Ağahüseynin idarə etdiyi VAZ 21011 markalı avtomaşınla qarşıdan gələn Sumqayıt şəhər sakini 40 yaşlı Əliyev Rafiqin idarə etdiyi VAZ-2115 markalı maşınla toqquşub.
Qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ölən VAZ 21 011 surücüsü Sabirabad rayonu Yasdıqobu kənd sakini Kazimov Ağahüseyn və digər dünyasını dəyişən VAZ 21015 markalı avtomaşında olan 1971-ci il təvəllüdlü Əliyev Mədət Qəzənfər oğludur.
Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır. Yaralılar isə VAZ 21015-də olanlar: sürücü 1973-cü il təvəllüdlü Əliyev Rafiq, 1962-ci il təvəllüdlü Əliyev Afiq, 1949-cu il təvəllüdlü Əliyev Rövşən, 1960-cı il təvəllüdlü Qurbanov Fərhad.
Xoşbəxtlikdən "Mercdes"də olan sərnişinlərdən qəza zamanı xəsarət alan olmayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB