İmişlidə 8 nəfər avtomobil qəzasında xəsarət alıb

İmişlidə 8 nəfər avtomobil qəzasında xəsarət alıb

İmişlidə ikisi azyaşlı olmaqla 8 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun İmişli Rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, ötən gecə saat 22.00 radələrində İmişli-Qaravəlli avtomobil yolunda Beyləqan rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Mayıl idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Qaralar kəndinin yol qovşağında İmişli rayon Bəcirəvan kənd sakinləri 51 yaşlı Mahmudov Səməd Qulu oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə və 1978-ci il təvəllüdlü Əsgərov Nəsimi Təyyar oğlunun idarə etdiyi motosikllə toqquşub.

Qəza nəticəsində motosiklin sürücüsü, "Mercedes"-də olan sərnişinlər - Beyləqan rayon sakinləri 31 yaşlı Hüseynova Gülüş Bəhlul qızı və 4 yaşlı Məmmədova Nuray Mayıl qızı, "VAZ 2107" markalı avtomobilin sürücüsü və ailə üzvləri 1959-cu il təvəllüdlü Mahmudova Ceyran, 2009-cu il təvəllüdlü Mahmudova Rəksanə, 1985-ci il təvəllüdlü Mahmudov Elgün, 1991-ci il təvəllüdlü Həsnova Könül müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Fatkla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə