Gəncə şəhərində yüksək sürət nəticəsində avtomobil qəzası baş verib. Samux rayon istiqamətinə hərəkət edən Rüfət Rasim oğlu İsmayılova məxsus "VAZ 2102" markalı 20 SL 696 dövlət nömrə nişanlı avtomobil yol ayrıcındakı dirəyə çırpılıb. Nəticədə avtomobilin sürətindən 31 yaşlı sürücü yerindəcə keçinib. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Sabir Tağızadənin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, faktla bağlı cinayət işi açılıb.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB