Hərbi maşın qəzaya uğradı

Azərbaycanda hərbi maşın aşıb. SİA-nın xəbərinə görə, Culfa-Ordubad yolunda hərəkətdə olan, "N" saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb. Hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.

Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə