İkimərtəbəli ev yandı

Astara rayonu, Kijəbi kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə