Bakıda intihar hadisəsi baş verib. SİA-nın məlumatına görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində kirayədə yaşayan, Astara rayon sakini Samir Ələkbərzadə özünü sintetik kəndirlə asıb. Qəsəbə sakinləri onun meyitini Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlayıblar.
Qeyd edək ki, intiharın baş vermə səbəbi məlum deyil. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Məlumata görə, özünü öldürən Samir Ələkbərzadə Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsində çalışırmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB