Şirvanda dəhşət saçan avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gecə saat 22:30 radələrində Şirvan şəhərinin M.Rəsulzadə prospektində Hacıqabul sakini 1983-cü il təvəllüdlü Vəliyev Pərviz Çərkəz oğlu sərxoş vəziyyətdə idarə etdiyi 24 BE 746 dövlət qeydiyyat nömrəli "Mercedes Benz" markalı minik avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirərək əvvəlcə ağacları qırıb.
Daha sonra isə maşın yeni inşa olunan Gənclər Mərkəzinin hasarını uçuraraq içəri girib. Bu zaman hasara bitişik otaqda Gənclər Mərkəzində gözətçi işləyən Masallı rayon sakini 1984-cü il təvəllüdlü Məmiyev Famil Fazil oğlu uçan hasarın daşlarının altında qalaraq ağır xəsarət alıb. Yaralı dərhal Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilib.
Baş vermiş hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB