Paytaxtda ev yanıb

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərsində olan ev əşyaları 10 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə