Narkotik istifadəçiləri yaxalandı

Narkotik istifadəçiləri yaxalandı

Suraxanı Rayonunda Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrilə axtarışda olan Mehman Mirzəyev martın 4-də yaxalanıb. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, bununla yanaşı, Sabunçu RPİ Narkotiklə Mübarizə Bölməsi (NMB) və 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Pirşağı qəsəbəsində yaşayan İlqar Şükürovun evindən 1 kiloqramdan artıq marixuana aşkar edilib.

Həmçinin, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Taleh Kərimovdan 405 qram marixuana aşkar edilib.

Nəzərinizə çatdıraq ki, narkotik istifadəçiləri polis tərəfindən yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə