Qubada külək binanın dam örtüyünü aparıb

Qubada külək binanın dam örtüyünü aparıb

Ötən gün Qubanın Vladimirovka kəndində yaşayan bir neçə ailənin dam örtüyünü külək aparıb. Külək o qədər güclü olub ki, dəmir damı yerindən qoparıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Vladimirovka kənd sakini Gülfər Muradova bildirib ki, yeni məktəb tikildiyinə görə 1989-cu ildən bu binada 3 ailə yaşayır. Ancaq ötən günkü külək o qədər güclü olub ki, evin damının bir hissəsini uçurub. Dəmir damı külək aparıb.

Həmion evdə yaşayan digər ailənin üzvü Şərqiyə Səmədova isə bildirib ki, bina qədimi binadır. Ancaq külək 15 dəqiqə də çox əssəydi binanın hamısını külək aparacaqdı.

Kəndin icra nümayəndəsi bildirib ki, bina ən qədim tikililərdən biridir, ancaq küləyin belə bərk əsməsi sözün əsl mənasında çox təhlükəliydir.

Həmin binada yaşayan 3 ailəyə yardımin edilməsinə gəldikdə isə icra nümayəndəsi İslam Abayevin cavabı bu olub ki, sabah ziyan çəkən ailələrə şifer və lazımı avadanlıqlar veriləcək ki, dam örtüklərini yenidən bərpa edə bilsinlər.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə