Mənzilində silah gizlətdi

Gəncə şəhər sakinindən odlu silah və patronlar götürülüb. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Kəpəz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıl Hacıyevin evindən 1 ədəd "AKSU" markalı silah və 30-a yaxın avtomat patronu götürülüb. Adıçəkilən şəxsin mənzilindən həmçinin 200-ədəd avtomat patronu və 3 ədəd patron darağı aşkar edilərək müsadirə olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə