Ələt-Astara magistral yolununun Cəlilabad rayonunda keçən hissəsindəə körpü səhər saatlarında çöküb. SİA-nın Cənub bürosunun əldə etdiyi ilkin məlumata görə, nəticədə həmin yolda avtomobillərin hərəkəti dayanıb. Yolda dayanan Dövlət Yol Polisinin əməkdaşları Bakı və Astara istiqamətinə gedən maşınları yaxınlıqdakı Kirovka qəsəbəsinin içindən keçən yola istiqamətləndirirlər. Hal-hazırda hər iki istiqamətə gedən avtomobillər adı çəkilən kəndin içindən keçməklə yollarına davam edirlər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB