Hadisə Gürcüstana gedən qatardakı nasazlıq nəticəsində baş verib
Gürcüstana kimyəvi maddə daşıyan qatarda yaranan nasazlıq kimyəvi məhlulun ətrafa axmasına səbəb olub. Bakı-Rustavi marşrutu üzrə hərəkət edən qatardakı problem Kürdəmir rayonu Karrar stansiyasında qatarın hərəkətini dayandırmasına səbəb olub. Dərhal həmin vaqon qatardan ayrılaraq Kürdəmir vağzalına gətirilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, qatar Sumqayıt super-fosfat zavoduna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB