Xırdalanda sex yanıb

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan dülgər sexinin içərisinə yığılmış taxta qırıntıları 5 kv.m sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə