Sabunçuda və Qəbələdə yanğın olub

Sabunçuda və Qəbələdə yanğın olub

Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı hadisə yerində ev sahibinin cəsədi aşkarlanıb. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Həmçinin, Qəbələ rayonu, Dizaxlı kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.;

Bütün xəbərlər Facebook səhifəmizdə