Qəbir daşlarını oğurlayanlar tutuldu

Qəbir daşlarını oğurlayanlar tutuldu

Göyçay polisi qəbiristanlıqda oğurluq edən mütəşəkkil dəstənin üzvlərini zərərsizləşdirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da şəhər qəbiristalığında qəbirlərin dəmirdən və alüminiumdan hazırlanmış hasarlarını oğurlamış rayon sakinləri Nurməmməd Qasımov, Tahir Qasımov və onun qardaşı İbrahim tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə