Samux rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən Arzu Yusifov "VAZ-2106" markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə avtomobildə olan sərnişin Rövşən Rüstəmov rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb araşdırmalar davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB