Polis manyak imiş
100 qadını bişirib yeyəcəkdi

Nyu Yorkda 100 qadını bişirib yeməyi planlaşdıran polis Gilberto Vallın əməlinin qarşısı son anda alınıb.

Nyu Yorkda yaşayan və polis olan Gilberto komputerindəki 100 qadını qaçırdıb yeməyi planlaşdırırmış.

O artıq qadınlardan üçü ilə əlaqə saxlayıbmış. Lakin onun planını Manhettendə izlədiyi ilk qurban pozub. Qadın polisə gedərək Gilbertonun niyyətini açıqlayıb və polis onu yaxalayıb. Gilbertonun məhkəmədə dedikləri isə hamını şoka salıb. O ilk qurbanı haqqında deyib:

"Sakitcə evinə girib onu şüursuz hala salıb oğurlayacaqdım. Sonra isə bağlayıb vam odda bişirəcəkdim. O mənim birinci qurbanım idi".

Hannibal polis üçün ən az 20 il həbs gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə