Şirvan şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 32 kv.m sahədə aynabəndin tavan hissəsi və evin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə