Xaçmaz rayonu, Muxtadır qəsəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaq və 1 qarajdan ibarət evin 2 otağının və qarajının yanar konstruksiyaları 148 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı qarajda olan "VAZ" markalı minik avtomobili və "Dnepr" markalı motosikletin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB