Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Həmçinin, Sumqayıt şəhərində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yerləşən elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB