Qurbanovun naməlum ölümü

Bakı şəhəri, Binəqədi rayonunda 1941-ci il təvəllüdlü Qurbanov Aydın Cəbrayıl oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. SİA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin pəncərsindən içəri daxil olmublar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində A.Qurbanovun öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:28-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə