Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, "Azərkörpü" tikinti şirkətinə məxsus 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili "Aztrans" tikinti şirkətinə məxsus vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyidi avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 07:47-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB