Yanacaqdoldurma məntəqəsini soymaq istədi...

Yanacaqdoldurma məntəqəsini soymaq istədi...

Bu gün səhər saatlarında Qaxzax rayonun 1-ci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsini qarət etməyə çalışan şəxs həbs olunub. SİA-nın bölgə müxbirinin Qazax rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata əsasən məntəqədə oprerator vəzifəsindən çalışan Akif Hüseynov onu hədələyən qarətçinin üzündəki maskanı çıxararaq hadisənin qarşısını ala bilib. Belə ki, üzünün göründüyünü anlayan qarətçi hadisə yerindən qaçsa da polis onu həbs edib.

Məlum olub ki, yanacaqdoldurma məntəqəsini Oruc Mahmudov adlı rayon sakini qarət etəmk istəyib. Dindirilmə zamanı O.Mahmudovun içkili vəziyyətdə olması müəyyənləşib. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi çsılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə