Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar qismən 40 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə