Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai rayonu ərazisində "MG" markalı minik avtomobili yol kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü ağır deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Xilasetmə əməliyyatı saat 01:13-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB