Ata oğul arasına girən gəlin öldü

Ata oğul arasına girən gəlin öldü

Ötən gün Kürdəmirdə faciəli hadisə baş verib. SİA-nın məlumatına görə, axşam saatlarında Dəyirmanlı kəndi sakini 27 yaşlı Səmədova Milay Zabil qızı bud nahiyəsindən aldığı yaradan qanaxma nəticəsində ölüb. Hadisə ailədaxili münaqişə nəticəsində baş verib. 27 yaşlı qızın qayınatası onun həyat yoldaşını, yəni oğlunu evdə döyüb. Bu zaman M.Səmədova araya girib. Davanı sakitləşdirməyə çalışan M.Səmədova yıxılaraq qırılmış pəncərə şüşələrinin üstünə düşüb. O, aldığı xəsarətdən xeyli qan itirib və dünyasnı dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə