Bakı sakini intihar edib

Bakı sakini intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Suraxanı rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1981-ci il təvəllüdlü Rzayev Elşad Fikrət oğlunun hündürmərtəbəli yaşayış binasının damına çıxaraq özünü aşağı atmaq niyyətində olması məlum olub. Xilasedicilər və hüquq mühafizə orqanı əməkdaşlarının birgə səyi nəticəsində intihara cəhd göstərən şəxslə danışıqlar aparılıb, intihara cəhd göstərən şəxs fikrindən yayındırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə