Ələt-Astara yolunun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb, sərnişin 1971-ci il təvəllüdlü Şəlalə Böyükxan qızı Mehdiyeva hadisə yerində həyatını itirib. Yanğınsöndürən-xilasedicilər yaralı T.Babayevi və Ş.Mehdiyevanın cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxararaq aidiyyətı orqanlara təhvil vermiblər. Əməliyyat saat 08:59-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən tədqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB