Rusiyanın Sankt-Peterburq şəhərində Dmitrova küçəsində kütləvi davada ölümə qəsddə təqsirləndirilərək həbs olunan azərbaycanlıların sayı 3-ə çatıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Füzuli Tağıyev, 34 yaşlı Vüqar Tağıyevdən sonra onların 23 yaşlı qohumu Elsevər Tağıyev də həbs olunub.
Onların hər 3-ü ölümə qəsddə təqsirləndirilir. 20-dən çox azərbaycanlının iştirak etdiyi və gəlin qaçırma səbəbindən baş verən kütləvi davanın 3 həbs edilən iştirakçısına Rusiya Cinayət Məcəlləsinin 30 və 105-ci maddələrinə əsasən ittiham irəli sürüləcək. Bu maddələr ölümə qəsdi nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB