Fevralın 18-də Bakı şəhəri Nizami küçəsində bıçaqlanma hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, naməlum şəxs həmin küçədə yaşayan Akif Rəsulova bıçaqla xəsarət yetirərək qaçıb. Hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emanuel Eminov yaxalanıb.
Bununla yanaşı, fevralın 17-də Balaxanı qəsəbəsində də bıçaqlanma hadisəsi baş verib. Qəsəbənin Dirçəliş küçəsində yaşayan Tural Pənahov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Məhərrəmov tutularaq aidiyyatı orqanlara təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB