Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş balıqçılar xilas edilib. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Ötən gün saat 10:30 radələrində DSX Sahil Mühafizəsinin Neftçala rayonundakı Dalğa kəndi ərazisində yerləşən sahil nəzarət məntəqəsinin xidməti sahəsində sərhəd naryadı sahildən 200 metr uzaqda balıqçı qayığında 2 nəfərin dalğaya düşərək batdığını müşahidə edib. Dənizdə batan balıqçılara kömək məqsədi ilə dərhal lazımi tədbirlər görülüb. Nəticədə balıqçılar – Neftçala rayon sakinləri Tural Ayazov və Şəmsəddin Ayazov xilas edilərək, batmış qayıqla birlikdə sahilə çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB