Həzi Aslanovda bina yanıb

Həzi Aslanov metrosu yaxınlığında Xudu Məmmədov küçəsi ev 5 ünvanında təxminən saat 12 radələrində yaşayış binasında yanğın baş verib.

Binanın 3-cü mərtəbəsində başlayan yanğın tez bir zamanda daha da genişlənməyə başlayıb. İlkin ehtimala görə, hadisəyə səbəb qaz balonunun partlaması olub. Dərhal hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə