Əfqanıstanla sərhəd Orakzay regionunda yol kənarına yerləşdirilmiş bombanın partlaması Talibana qarşı mübarizə aparan silahlı qruplaşmanın 7 üzvünün ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, rəsmilər qəbilələrin məskunlaşdığı regionda bu gün həyata keçirilən hücum zamanı azı 9 nəfərin yaralandığını bildirib. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.
Bu gün səhər tezdən eləcə də, şimal-qərbdəki Bannu şəhərində 5 nəfər intiharçının polis məntəqəsinə bomba hücumu həyata keçirdiyi deyilir. Polis sözçüsünun dediyinə görə, intiharçılardan üçü özünü partladaraq ölüb, digər ikisi isə polis tərəfindən öldürülüb. İnsident zamanı bir polis işçisinin də yaralandığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB