Quldurlar yaxalandı

Dünən gecə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mənzildə oğurluq hadisəsi baş verib. Baş Polis idarəsindən SİA-ya verilən məlumata görə, Tanrıverdi Quliyevə məxsus mağazadan pəncərəni sındırma yolu ilə 3000 manat, noutbuk və danışıq kartları oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ ) 6-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Hilal Ağazadə və Bakı şəhər sakini Şamil Sadıqov fevralın 12-də yaxalanıblar.

Bununla yanaşı, fevralın 9-u saat 19:00 radələrində Bakıxanov qəsəbəsi A.Pəri küçəsində qətl hadisəsi baş verib. Qəsəbə sakini Qurban Ələkbərov mübahisə zəminində Qaraçuxur qəsəbə sakini Yusif Əliyevə ov tüfəngindən iki dəfə atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 120-ci maddəsi ilə cinayət işi açılaraq barəsində axtarış elan olunub. Sabunçu RPİ Cinayət Axtarış Şöbəsi və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qurban Ələkbərov fevralın 12-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə