Saxta avtomobil alverçisi həbs olunub

Saxta avtomobil alverçisi həbs olunub

Gəncə şəhərində saxta maşın alverçisi tutulub. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın Qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Əli Əliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
İlkin istintaq tədbirləri zamanı məlum olub ki, adıçəkilən şəxs ötən ilin dekabr ayında Elçin Məmmədov adlı şəxsə "Daimler", Azər Axundov adlı şəxsə isə "Mersedes" markalı avtomobilləri qanunsuz yolla sataraq gəlir əldə edib. Hazırda Əli Əliyev barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə