Xəzərə helikopter düşdü

Qaradağ rayonu ərazisində qəza baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, sahildən təqribən 300 m məsafədə Xəzər dənizinə helikopter düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aidiyyəti qurumlar məlumatlandırılıb. Həyata keçirilmiş axtarış xilasetmə əməliyyatları nəticəsində 1 nəfərin meyiti sudan çıxarılıb. Hal-hazırda axtarış xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə