Ötən gün Qubada 3 yol nəqliyyat hadisəsi baş verib. Qəzaların hamısına dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. İlk qəza hadisəsi Quba-Xınalıq yolunda qeydə alınıb. 32 yaşlı Quba sakini Emin Balakişiyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yolun kənarındakı dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər 31 yaşlı Elşən Paşayev, 32 yaşlı Valeh Salahov və 37 yaşlı Mirpaşa Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan SİA-nın Şimal bürosuna verilən məlumata görə, Valeh Salahovun vəziyyəti ağır, digərlərinin isə orta ağırdır.
Digər iki qəza isə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda baş verib. Qubanın İqrıq kəndi ərazisində körpü tikintisi ilə əlaqədar yol bağlanıb. Bu isə dumanlı havada sürücülərin mütəmadi olaraq qəza törədməsinə səbəb olur.
Qeyd edək ki, hər iki qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hər 3 faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB