Paytaxtda dəhşətli qəza

Bakı şəhərində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda "SHACMAN" markalı 2 yük avtomobili toqquşub. Hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücülərdən biri hadisə yerində həyatını itirib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə