Paytaxt ərazisində oğurluq hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Səməd Vurğun bağının qarşısında 3 nəfər naməlum şəxs Əliquliyev Əbülfəz Əlövsət oğlunun idarə etdiyi "Mersedes" markalı 99-DF-130 dövlət nömrə-nişanlı avtomaşına miniblər. Onlar Hövsan qəsəbəsi, Qum adasına getmək istədiklərini bildiriblər. Qum adasına çatdıqdan sonra naməlum şəxslər maşını saxlayaraq sürücü Ə.Əliquliyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirmiş və avtomaşınını əlindən alıblar. Zərərçəkmiş klinik mərkəzə müraciət etdib. Mərkəzdən Suraxanı Rayon 30-cu Polis Bölməsinə (PB) məlumat verilib. Polis Bakının bütün rayonlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları quldurluqda şübhəli bilinən şəxsləri avtomobilə birlikdə Bakıxanov qəsəbəsi ərazisində yaxalayıblar. Saxlanılan şəxslər Bakı şəhər sakinləri Fərid Əliyev, Ramin Rəhimov və Aysel Mustafayevadır.
Qeyd edək ki, hazırda Suraxanı RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi qaldırılıb, hadisə ilə bağlı istintaq işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB