Ağcabədidə bıçaqlanma hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Minaxorlu kənd sakini, 1983-cü il təvəllüdlü Xalid Qurbanov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı rayon polis şöbəsi tərəfindən araşdırılır. Meyit Məhkəmə Tibbi Ekspertizasına göndərilib.
Qeyd edək ki, faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB