Qusarda məktəb yanıb

Qusar rayonunda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Hiloba kəndində (rayon mərkəzindən 35 km aralı) hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 4 otaqlı məktəb binasının 2 sinif otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız inventarlar 88 kv.m sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə