Paytaxtda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, bu gün Tərtər şəhərində ümumi sahəsi 500 kv.m birmərtəbəli inzibati binanın 1 otağının (24 kv.m sahədə olan) lambirdən ibarət tavanı 12 kv.m sahədə, otaqda olan əşyalar 6 kv.m sahədə "LG" markalı kompyuter və televizor yanıb. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 09:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB