Şirvan şəhərində sahibi məlum olmayan, 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nəticədə E.E.Abdulov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib və avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 07:17-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB