Gədəbəy rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, rayonun Söyüdlü kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB