Məktəbdə valideyn dünyasını dəyişib

Məktəbdə valideyn dünyasını dəyişib

Bərdə məktəbində keçirilən valıdeyin iclasında iştirak edən Tünzalə Məmmədova qəfildən dünyasını dəyişib. Hadisə Nizami Gəncəvi adına 2 saylı beynəlmiləl orta məktəbdə baş verib. Bu gün səhər saatlarında məktəbdə keçirilən valideyin iclasa qatilan 47 yaşlı Tünzalə Məmmədovanın iclas zamanı vəziyyəti pisləşib və elə həmin andaca dünyasını dəyişib.

Hadisə yerinə Bərdə Şəhər Təcili stansiyasının həkimləri və Bərdə rayon Polis şöbəsinin əməkdaşları gəlib. Ölümün səbəbləri haqqında dəqiq məlumat Tibbi-ekspert komissiyasının rəyindən sonra məlum olacaq.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə