Dörd gündür taleyindən xəbər olmayan Bərdə şəhər sakininin axtarışları nəticə vermir. Yaxınlarının dediyinə görə, 1960-cı ildə Tərtər rayonunda anadan olan Səfərov Mürşüd Raqub oğlunu sonuncu dəfə dörd gün əvvəl qardaşı görüb. Mürşüd Səfərov özünü Bərdə Mərkəzi bazarında yanğın təhlükəsizliyi məqsədilə inşa edilmiş su hovuzuna atmaq istədiyini deyib. Bu ehtimalla sözügedən hovuzda axtarışlar aparılıb, lakin bütün araşdırmalar nəticəsiz qalıb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hazırda axtarışları aparılan 53 yaşlı Mürşüd Səfərov son il yarımda əsəb xəstəliyindən əziyyət çəkirmiş. Buna görə də, onu bir ünvanda saxlamaq mümkün olmayıb. Bir neçə dəfə qardaşları tərəfindən müalicə etdirilsə də, əsəb pozğunluğu Mürşüd Səfərovun özünü idarə etməsinə mane olub. Son vaxtlar isə qardaşı Cümşüdə yaşamaq istəmədiyini deyib.
Yaxınlarının ehtimalına görə, Mürşüd özünü Bərdə bazarındakı su hovuzuna atıb. Buna görə də, Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstəsinin dalğıcları hovuzda axtarış aparıblar. Özünü doğrultmayan bu ehtimaldan sonra Mürşüd Səfərovun əzizləri onu başqa yerdə, başqa ehtimallarla axtarmağa məcbur olublar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB