Bakıda vətəndaşa məxsus müəssisə yandı

Bakıda vətəndaşa məxsus müəssisə yandı

Bakı şəhərində gecə saatlarında yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus "El" kiçik müəssisəsinin ərazisində sahəsi 40 kv.m. olan tikilinin içərisində olan transformatorun və elektrik tənzimləyicisinin yanar hissələri yanıb.

Qeyd edək ki, ərazidə olan un dəyirmanının elevatoru və "BAKCELL" şirkətinin stansiyası yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə