Qəribə hadisə Nijniy Taqildə qeydə alınıb
Avtomobil yoluna tank çıxdı

Nijniy Taqildə avtomobil yoluna tank çıxıb.SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tank avtomobilin cəmi on metrliyindən keçib.

Tankın yola çıxmasının əks olunduğu videokameranın yerləşdiyi avtomobilin sürücüsü tankın gözə dəyməsindən bir neçə dəqiqə əvvəl "bu yoldan tankla keçəydim" deyir. Sonradan isə o, "Alyona bax, tank" deyərək qışqırır.

Yerli mətbuat bu cür sürətlə hərəkət edən tankın maşınlardan heç birinin əzməməsini əsl möcüzə kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə