Zərdab rayonu, Dəli Quşçu kəndində ümumi sahəsi 90 kv.m olan tövlənin çardağına və içərisinə yığılmış 60 ton ot bağlamasının 30 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumara görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin İsmayıllı rayonunun, Sultankənd kəndində ümumi sahəsi 240 kv.m olan, hal-hazırda anbar kimi istifadə olunan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış vətəndaşa məxsus 17 ton ot bağlaması yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB